Almaniyanın Sul şəhərində keçiriləcək atıcılıq üzrə gənclər arasında Dünya kubokunda iştirak edəcək Azərbaycan atıcıları müəyyənləşib.
Mayın 19–27-də keçiriləcək yarışda 2 snayperimiz Leyli Əliyeva və Vladislav Kalmıkov tapança ilə 10 metr məsafədən atəş açma yarışlarında iştirak edəcəklər. Onlar həm fərdi, həm də qarışıq komandaların mübarizəsinə qatılacaqlar. Yarışda 58 ölkədən 645 atıcı iştirak edəcək.
L.QURBANOVA
XQ