Lüksemburqda keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları Vətənə qayıdıb.
İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gimnastika Federasiyasının əməkdaşları, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.