Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün açılış mərasimi və ilk turun oyunları təşkil edilib.
İlk turda “Sərhədçi” “Buta Qolden”i 3:0, “Omar” liqaya yeni qatılan “Xəzər”i 5:1 hesabı ilə üstələyib. “Polad” və “Elit” kollektivləri arasında qarşılaşma isə qolsuz bərabərliklə başa çatıb.
İkinci turda “Şirvan” “Atilla”nı 8:1 hesabı ilə məğlub edib. “Embavud” “Qarabağ” komandasına 7, “Zəfər” isə “Ağstafa Dilbaz”a 10 top fərqlə qalib gəlib.
Qeyd edək ki, Peşəkar Çövkən Liqasında növbəti turun oyunları martın 18-19-da keçiriləcək. Liqa noyabrın 26-dək davam edəcək.
L.AZAD
XQ