Albaniyanın Tirana şəhərində keçirilən 23 yaşadək qadın güləşçilərin Avropa çempionatında Azərbaycan komandası tarixi nəticə qazanıb.
Qadın güləşçilərimiz U-23 çempionatları tarixində ilk dəfə 2 qızıl medal qazanıblar. Elnurə Məmmədova 53, Günay Hümbətova 59 kiloqram çəkidə fəxri kürsünün ən yüksək pilləsində
yer alıblar. İndiyədək Avropa çempionatlarında ən yaxşı nəticə 1 çempionluq olub. Budəfəki yarışda Elnurə Məmmədova və Günay Qurbanova milli üçün “Qızıl dubl” ediblər.
Tiranada komandamızın digər üzvü Əsmər Cankurtaran (50 kq) 3-cü yeri tutub.
L.AZAD
XQ