Azərbaycan kikboksinqçisi Elşad Şahbazov diskvalifikasiya edilib.
Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin rəsmi saytında məlumat verilib. Avropa Oyunlarının iştirakçısından götürülən test nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. Nəticədə Şahbazov 4 illik (48 ay) cəzalandırılıb. Onun diskvalifikasiya müddəti 2023-cü ilin 25 noyabrından hesablanmağa başlayıb.
Qeyd edək ki, Şahbazov Krakovda keçirilən Avropa Oyunlarında mübarizə aparıb.
L.AZAD
XQ