“Qənimətlər parkı”nda “Çempionlar xiyabanı”

post-img

5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən aksiya Dənizkənarı Milli Parkın “Ağ şəhər” ərazisində yerləşən “Qənimətlər parkı”nda təşkil olunub.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycanın Olimpiya çempionları və titullu idmançılarının iştirak etdiyi aksiya zamanı “Çempionlar xiyabanı” salmaq məqsədilə parkın ərazisində 100 ədəd ağac əkilib.

L.AZAD
XQ

 

İdman