Şahdağda həvəskar xizək yarışı

post-img

“Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku start götürüb.

Yarışdan öncə rəsmi açılış mərasimi keçirilib. Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Yarışda müxtəlif yaş kateqoriyasında olan 50 uşaq birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, xizək üzrə Heydər Əliyev Kuboku fevralın 2-də böyüklər arasında davam edəcək.   

L.QURBANOVA 
XQ

 

İdman