Karateçilərimizin Qırğızıstan uğuru

post-img

Azərbaycan karateçiləri Qırğızıstanın Bişkek şəhərindəki “Bishkek Open” beynəlxalq turnirində uğurla çıxış ediblər. 

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idman karatesi üzrə yığmanın 3 üzvü mükafat qazanıb. Kumite yarışlarında böyüklər arasında Aslan Dostuyev (67 kq) qızıl medala layiq görülüb. 16-17 yaşlı gənclər arasında Rauf İmanov (61 kq) gümüş, 10-11 yaşlı uşaqlar arasında Ömər Əliyev (30 kq) bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, turnirdə 1000-ə yaxın idmançı iştirak edib.

L.QURBANOVA 
XQ

İdman