Güləşçilərimizin 2 medalı

post-img

Bolqarıstanın Varna şəhərində “Dan Kolov – Nikola Petrov” turnirində Azərbaycan güləşçiləri 2 medal qazanıblar.

Yığmamızın üzvlərindən Sadiq Mustafazadə (92 kq) dairəvi sistem üzrə ya[1]rışda ilk turda israilli Uri Kalaşnikova qalib gəlib – 7:4. Həmyerlimiz 2-ci tur[1]da bolqarıstanlı Radomir Stoyanova heç bir şans ver[1]məyib – 18:6. Mustafazadə 3-cü turda amerikalı Erik Şultsla gərgin keçən görüş[1]də minimal hesablı qələbə qazanıb – 8:7. Sonuncu turda gürcüstanlı Sandro Kuraşviliyə 2:5 hesabıyla uduzan Sadiq ənənəvi yarışda gümüş medal qazanıb. 

Ceyhun Allahverdiyev (61 kq) təsnifat mərhələsində bolqarıstanlı Dimitar Biserkova (10:0), 1/4 finalda isə Nah[1]şon Qarretə (15:5) tam üstünlüklə qalib gəlib. Yarımfinalda digər ABŞ təmsilçisi Devan Törnerə 2:4 hesabıyla məğlub olan Ceyhun bolqarıstanlı Denis Naimi vaxtından əvvəl (10:0) üstələyərək turniri bürünc medalla başa vurub. 

Qeyd edək ki, turnir bazar günü başa çatacaq.

L.QURBANOVA

XQ

İdman