Həbib Nurməhəmmədov ABŞ-a uçan təyyarədən düşürülməsini "təxribat" adlandırıb

post-img

Bir gün əvvəl Los-Ancelesə uçan təyyarədən endirilən rusiyalı sabiq UFC döyüşçüsü Həbib Nurməhəmmədov hadisəyə münasibət bildirib. O, oturacaqların dəyişdirilməsini xahiş edən stüardessanın davranışını təxribat adlandırıb.

İdmançı dəqiqləşdirib ki, o, Alyaska Hava Yolları ilə deyil, Frontier Hava Yolları ilə uçub. O, iddia edir ki, stüardessa əvvəlcə ona qarşı çox kobud davranıb. Nurməhəmmədov əmin edib ki, o, “sakit qalmaq və təxribata tab gətirməmək üçün mümkün olan hər şeyi edib” və insanları “daha ​​mehriban olmağa” çağırıb.

“Mən layiqli ingiliscə danışsam və hər şeyi başa düşsəm də, o, məni oturduğum yerdən çıxarmaqda israr etdi. Bunun nə səbəbi var idi - irqi, milli və ya başqa bir şey, mən dəqiq deyə bilmərəm"- o, İnstaqramda yazıb. 

Onun sözlərinə görə, qısa söhbətdən sonra stüardessa mühafizəyə zəng edib və idmançı təyyarədən endirilib. Nurməhəmmədov əlavə edib ki, saat yarım sonra başqa təyyarəyə minib.

EssentialSports yazıb ki, Nurməhəmmədov fövqəladə çıxışa yaxın yerdə oturub və stüardessa ondan fövqəladə vəziyyət zamanı sərnişinlərə kömək etmək istəyini təsdiq etməyi xahiş edib. İdmançı "aydın cavab verə bilməyib" və ondan başqa yerə keçməsi xahiş olunduğu zaman imtina edib.

Həbib Nurməhəmmədov 2018-ci ildə UFC çempionu olub və o, bu titulu üç dəfə qoruyub. Onun hesabında 29 qələbə var, heç bir məğlubiyyəti yoxdur. 2020-ci ilin oktyabrında o, karyerasını başa vurduğunu elan edib.

S.ELAY

XQ

İdman