Fatih Terim Səudiyyə Ərəbistanı klubunda

post-img

Türkiyəli tanınmış mütəxəssis Fatih Terim yenidən işinin başına qayıdır.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əş-Şəbab” klubu 71 yaşlı təcrübəli çalışdırıcını baş məşqçi postuna gətirmək istəyir.

Tanınmış insayder Nikola Şkiranın sözlərinə görə, “imperator” ləqəbli mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi ilə danışıqlar aparır. Mənbənin sözlərinə görə, tərəflər iki illik müqavilə bağlamaq üzrədir.

Türkiyənin mətbuatının yaydığı xəbərlərdə isə ərəblər F. Terimə 6 ay+1 illik müqavilə təklif edib.

Xatırladaq ki, Fatih Terim daha çox "Qalatasaray" və Türkiyə millisindəki işi ilə tanınır. O, son olaraq Yunanıstanın "Panatinaikos" komandasında işləyib.

İdman