DÇ-2030-un açılış və final oyununun ev sahibliyinə namizəd stadionlar müəyyənləşib.
FİFA-nın mətbuat xidmətinin açıqlamasına görə, mundialın iki ən əhəmiyyətli matçına üç arena iddia edir. Bu görüşlər Madriddəki “Santyaqo Bernabeu”, Barselonadakı “Kamp Nou” və ya Kasablankadakı Kral II Həsən stadionlarından birində keçiriləcək. Ümumilikdə isə çempionatın matçları 20 şəhərin 24 arenasında təşkil ediləcək.
Qeyd edək ki, dünya çempionatlarının 100 illiyinə təsadüf edəcək mundial 6 ölkədə keçiriləcək. İspaniya, Portuqaliya və Mərakeş ilə yanaşı, Cənubi Amerika ölkələri Argentina, Uruqvay və Paraqvay da DÇ-2030-a ev sahibi olacaq. Amma sonuncu üç ölkənin hərəsi bir matç qəbul edəcək.
L.QURBANOVA
XQ