COP29-la bağlı velosiped yürüşü

post-img

Bakıda Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə COP29-la bağlı velosiped yürüşü keçirilib.

Veloyürüşə federasiya rəhbərliyi və üzvləri, COP29 münasibətilə Avropa ölkələrindən Bakıyadək velosiped sürərək gəlmiş Niderland və Fransa vətəndaşları, Keniya nümayəndə heyətinin üzvləri, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin yetirmələri, eləcə də həvəskar idmançılar qoşulublar.

Yürüş Zəfər parkının önündən start götürüb və Ağ şəhər bulvarından davam etməklə yenidən Zəfər parkının qarşısında başa çatıb.

L.QURBANOVA
XQ

İdman