BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan “Barselona” klubunun prezidenti Xuan Laporta noyabrın 16-da bir sıra ölkələrin COP29-dakı pavilyonlarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, X.Laporta Azərbaycan pavilyonunda olub, həmçinin digər ölkələrin stendlərinə baxıb.