Güləş komandamız dünya 3-cüsü olub

post-img

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb.

Sərbəst güləş üzrə millimiz mundialı 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya 3-cüsü olub. İran (158) 1-ci, Yaponiya (102) isə 2-ci yerləri tutublar.

Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (61 kq) və Arseniy Djioyev (86 kq) gümüş,Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıblar.

Leyla QURBANOVA 

XQ

İdman