Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

post-img

Sərhəd təhlükəsizliyinin artırılması məqsədilə dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.

Oktyabr ayının 26-da saat 16:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 96 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

L.QURBANOVA

XQ

Son xəbərlər