Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilmiş “Riga City Council’s Youth Cup” beynəlxalq turnirində 3-ü qızıl, 1-i gümüş, 5-i bürünc olmaqla 9 medal qazanıblar.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, Onur Quluzadə ilə Yağmur Məmmədli 13 yaşlılarda baş mükafata sahib çıxıblar. Şəbnəm Mansurova isə U-15 yaş dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin yaş qrupunda qüvvəsini sınayan Onur Quluzadə 2-ci, Yağmur Məmmədli 3-cü yerləri tutublar. U-19 kateqoriyasında isə Onur Quluzadə, Tunar Bağırov, Şəbnəm Mansurova və Yağmur Məmmədli bürünc mükafat əldə ediblər.
Leyla QURBANOVA
XQ