Bu gün "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə yekun vurulacaq

post-img

Bu gün avarçəkmə üzrə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə yekun vurulacaq.

Yarışın son günü “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

Azərbaycan idmançıları iki gündə 11 medal (3 qızıl, 3 gümüş, 5 bürünc) qazanıblar.

Turnirin ikinci günü oktyabrın 17-də işğaldan azad olunmuş Füzuli şəhərində yerləşən Aşağı Köndələnçay su anbarında təşkil olunub.

Yarışda Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilir.

İdman