Basketbol üzrə Dünya kubokunun seçmə mərhələsi ilk dəfə Azərbaycanda

post-img

Azərbaycanda ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya kubokunun seçmə mərhələsi keçiriləcək. 

Azərbaycan Basketbol Federasiyası (ABF) ilə FIBA arasında imzalanmış müqaviləyə əsasən, 2025-ci ilin seçmə mərhələ oyunlarına ölkəmiz ev sahibliyi edəcək. 

Mayın 24-25-də Bakıda təşkil ediləcək oyunlarda 6 kişi və 6 qadın milli komandaları əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Hər iki turnirdə komandalarımız iştirak edəcəklər.

Kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 komandası Dünya kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.

İdman