Azərbaycanın yeniyetmə karateçiləri Macarıstanda keçirilmiş “Budapeşt Open” beynəlxalq turnirində uğurla çıxış ediblər.
İdmançılarımız yarışda 3 medal qazanıblar. Kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Şəlalə Rüstəmova bütün rəqiblərinə qalib gələrək qızıl, gənclər arasında (16-17 yaş) Ramilə Heydərova isə gümüş medal qazanıblar. Yeniyetmə oğlanlar arasında (14-15 yaş) Raul Səfərəliyev +70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, beynəlxalq karate turnirində 42 ölkədən 2191 iştirakçı medallar uğrunda mübarizə aparıb.
L.SABİRQIZI
XQ