Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) Paris Yay Paralimpiya Oyunlarında qələbəsi ilə bağlı fikirlərini bölüşüb.
O, Azərbaycanda parataekvondo üzrə ilk paralimpiya çempionu olduğuna görə çox sevindiyini deyib. İdmançı qələbəsini şəhid ailələrinə həsr etdiyini bildirib:
– Parisdəki qələbəmi Azərbaycanın şəhid ailələrinə həsr edirəm. Finaldan əvvəl sosial şəbəkələrdə barəmdə yazılan fikirləri oxuyurdum və bu da əlavə motivasiya verirdi. Etimadı doğrultduğum üçün qürur duyuram.
İ.Xəlilov finalda qızıl medal qazanacağına əmin olduğunu da vurğulayıb:
– Özümə inanırdım. Çempion olacağımı bilirdim. Fikrimcə, qızıl medal məndən sonra çıxış edən idmançılarımız üçün də motivasiya oldu. Digər parataekvondoçularımıza da demək istəyirəm ki, məşqlərinə davam etməlidirlər. Əzmkar olsalar növbəti yarışlarda onlar da mənim yerimdə ola bilərlər.
L.QURBANOVA
XQ