Onur Quluzadənin Fransa bürüncü

post-img

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” yarışında medal qazanıb. 

2011–2012-ci il təvəllüdlü 128 idmançı arasında yarışan ten­nisçi təsnifat mərhələlərini inamla adlayıb. 1/16 finalda fransalı, 1/8 finalda bolqarıstanlı, 1/4 finalda digər fransalı rəqibinə qalib gələn idmançı yarımfinalda rumıniyalı rəqibinə uduzsa da, 3-cü yer uğrunda görüşdə Çexiya təmsilçisini üstələyərək yarışın bü­rünc medalına layiq görülüb.

L.QURBANOVA
XQ

İdman