Azərbaycan cüdoçuları Paris Olimpiadasını iki qızıl medalla başa vurublar

post-img

Azərbaycan cüdoçusu Uşanqi Kokauri "Paris-2024" Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

AZƏRTAC xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı kubalı Endi Qranda ilə qarşılaşıb.

Rəqibinə üç şido (cərimə) ilə uduzan U.Kokauri mübarizəni dayandırıb.

Bununla da Azərbaycan cüdoçuları Paris Olimpiadasını iki qızıl medalla başa vurublar. Belə ki, Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar.

Qeyd edək ki hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçulardan başqa, boksçu Alfonso Dominqes (92 kiloqram) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.

İdman