Məhkəmə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin təkrar həbsinə qərar verib

post-img

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili barəsində sərhədi qanunsuz keçmə ittihamı üzrə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

 

AZƏRTAC xəbər verir ki, avqustun 2-də keçirilən məhkəmə prosesində prokuror təqdimatla çıxış edib və hazırda xəstəxanada məhkumluq həyatı yaşayan M.Saakaşvilinin yenidən həbsini tələb edib.

 

Məhkəmədə işə yenidən baxılacağı elan edilib və bildirilib ki, müttəhim şahidlərə və məhkəmə istintaqının gedişinə təsir göstərməməsi üçün həbs olunmalıdır.

 

Qeyd edək ki, keçmiş prezident M.Saakaşvili 2021-ci il sentyabrın 29-da Gürcüstanın dövlət sərhədini qanunsuz keçərək ölkəyə gəlib və həmin il oktyabrın 1-də həbs olunub. O, bu müddətin 6 aydan az hissəsini həbsdə, qalanını isə xəstəxanada keçirib.

 

Xətayi Əzizov

 

AZƏRTAC-ın xüsusi müxbiri

 

Tbilisi

Dünya