“AmCham” Dayanıqlı İnkişaf üzrə Təlimatını təqdim edir

post-img

Azərbaycandakı Amerika Ticarət Palatası (“AmCham”) Dayanıqlı İnkişaf üzrə Təlimatın – “AmCham Sustainability Handbook” - nəşr olunduğunu elan edir. Bu mühüm hadisə palatanın iqlim dəyişikliyi və dayanıqlıq məsələlərinə, eləcə də biznesin qlobal problemlərin həllindəki roluna sadiqliyini vurğulayır.

Təlimatın təqdimatı biznes nümayəndələrini, dövlət qurumlarını və beynəlxalq təşkilatları bir araya gətirdi. Tədbir Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil olunmuşdu.

Sustainera Solution ilə tərəfdaşlıqda hazırlanmış və BP şirkəti tərəfindən dəstəklənmiş təlimat, “AmCham”-ın Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitəsinin məhsullarından biri olmuşdur. Tədbirdə qonaqlara komitənin indiyə qədərki fəaliyyəti və gələcək planları, o cümlədən Təlimatın hazırlanması üzərində işlər və digər təşəbbüslər haqqında məlumat verildi. Məsələn, bir neçə ay əvvəl “AmCham” KSM Platformanı yaradaraq üzv şirkətlərin ESG məqsədlərini həyata keçirməsinə, qeyri-kommersiya təşkilatlarının isə layihələri üçün sponsor tapmasına kömək edən onlayn platformanın təqdimatı keçirildi. Platformanın əsas prinsipi kommersiya və qeyri-kommersiya sektorları arasında tərəfdaşlığın qurulmasına kömək etməkdir.

“AmCham”-ın Dayanıqlı İnkişaf Komitəsnin sədri Rəna Tahirova deyib:

"İndiki vaxtda ESG-prinsiplərinin biznes proseslərinə inteqrasiyası özəl sektorun uğurlu inkişafı üçün əsas elementə çevrilir. “AmCham”-ın Dayanıqlı İnkişaf Təlimatı şirkətlərə ekoloji, sosial və idarəetmə standartlarının yaxşılaşdırılmasına necə töhfə verə biləcəklərini anlamağa kömək etmək məqsədi daşıyır. Bnunla yanaşı, onların risklərini azaltmağa və rəqabət üstünlüklərini artırmağa kömək edir".

ESG-prinsiplərinin özəl sektor üçün getdikcə daha vacib olduğunu qeyd etmək vacibdir. Dayanıqlı təcrübələr tətbiq edən şirkətlər təkcə ətraf mühitin qorunmasına və sosial şəraitin yaxşılaşdırılmasına töhfə vermir, həm də əhəmiyyətli iqtisadi faydalar əldə edirlər: bu, resursların səmərəli idarə edilməsi hesabına xərclərin azalmasını, sabit və daha az riskli investisiyalarla maraqlanan investorların cəlb edilməsini, həmçinin işçilərin və tərəfdaşların sadiqliyinin artmasını əhatə edir.

AmCham Dayanıqlı İnkişaf Təlimatını AmCham-ın Azərbaycandakı Amerika Ticarət Palatasının veb-saytından yükləmək mümkündür.

 





İdman