Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 99 şübhəli saxlanılıb

post-img

Türkiyədə İŞİD terror təşkilatının ölkədəki üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata əsasən, “Gürz-4” kod adı altında İstanbul, Ankara və İzmir kimi böyük şəhərlər də daxil olmaqla ölkənin 26 vilayətində həyata keçirilən əməliyyat nəticəsində İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 99 nəfər saxlanılıb.

Əməliyyat üç gün davam edib.

Dünya