“Qarabağ”ın böyük hesablı qələbəsi

post-img

“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. 

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təs­nifat mərhələsinin cavab görü­şündə Cəbəllütariqin “Linkoln” klubunu qəbul edib. Tofiq Bəh­ramov adına Respublika stadio­nundakı qarşılaşmada Azərbay­can çempionu rəqibə 5:0 hesabı ilə qalib gəlib. “Köhlən atlar”ın qollarını Olavio Juninyo (3 qol), Yassin Benzia və Leandro Andra­de vurublar. Səfərdə rəqibini iki cavabsız topla üstələyən komandamız III təsnifat mərhələsinə yüksəlib. 

“Qarabağ” bu mərhələdə “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Bela­rus) cütünün qalibi ilə görüşəcək. 

XQ

İdman