Pakistanda yağış və daşqınlar 14 adamın həyatına son qoyub

post-img

Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat bölgəsində gecə saatlarında yağan güclü musson yağışları və daşqınlar 7 uşaq, 1 kişi və 3 qadının həyatına son qotub. 

Pakistan mətbuatının yaydığı məlum­mata görə əyalətin Hangu və Bajur böl­gələrində isə üç kişi sel və daşqınların qurbanı olub.

Yağışların gələn həftə ölkənin müxtəlif bölgələrində sellərə səbəb ola biləcəyi haqqında məlumat ve­rilir.

Hər il iyun-sentyabr aylarında musson yağışları Pakistanda böyük fəlakətlər törədir.

Xatırladırıq ki, Pakistanda 2022-ci ildəki güclü sel və daşqın­lar nəticəsində 1739 adam həyatını itirmişdi. Hökümət selin ölkəyə 30 milyard dollardan cox zərər vurdu­ğunu açıqlamışdı.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

İslamabad

Son xəbərlər