Azərbaycanın güləş üzrə milli komandaları Paris Yay Olimpiya Oyunlarına son hazırlıq prosesinə başlayıblar.
İyulun 17-dən etibarən sərbəst və qadın güləşi üzrə yığmalar Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.
Yunan-Roma güləşçiləri isə ayın 21-dən həmin məkanda son hazırlıq prosesinə start verəcək.
Hər 3 komandanın Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan son toplanışı iyulun 31-dək davam edəcək. Hazırlıq prosesində taktiki-texniki çalışmalara, rəqiblərin fərdi təhlilinə üstünlük veriləcək.
Qeyd edək ki, Azərbaycan güləşçiləri avqustun 2-də Fransaya yollanacaqlar. Paris Olimpiadasında güləş yarışı 5-11 avqustda keçiriləcək.
L.QURBANOVA
XQ