Karateçimiz qızıl medal qazanıb

post-img

Azərbaycan karateçisi Fərid Savadov (60 kq) tələbələrin Avropa Universitet Oyunlarının qalibi olub.

F.Savadov finalda Andras Laslo (Korvinus Universiteti, Macarıstan) ilə qarşılaşıb. Karateçimiz gərgin keçən çempionluq döyüşündə 1:0 hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.

Bununla da karateçilərimizin Avropa Universitet Oyunlarında qazandığı medalların sayı 2-yə yüksəlib. 

L.QURBANOVA
XQ

İdman