“BRICS Sports Games Kazan 2024”də bürünc medal

post-img

Azərbaycan samboçusu Rəsul Aydəmirov Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq multiidman oyunlarında uğurla çıxış edib. 

Millimizin üzvü 98 kiloqram çəki dərəcəsində bürünc medala layiq görülüb. 

Qeyd edək ki, yarış iyunun 24-dək davam edəcək. Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsil olunur. 

L.QURBANOVA

XQ

İdman