Azərbaycan basketbol millisi Ermənistanı məğlub edib

post-img

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə yığma Ermənistan komandasına qarşı keçirib. Görüş millimizin 21:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma ilk olaraq Bakı vaxtı ilə saat 16:10-da ev sahibi Kosovo ilə üz-üzə gələcək. Digər görüşlər isə müvafiq olaraq Kipr və Albaniyaya qarşı olacaq.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə ilk görüşündə Malta ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:50-də başlayacaq. Yığma saat 23:20-də isə Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək.

 

İdman