Azərbaycanın güləş hakimi Asif Şirəliyev Paris Yay Olimpiya Oyunlarına təyinat alıb.
Azərbaycan Güləş Federasiyasından ildiriblər ki, I-S kateqoriyalı referi ardıcıl ikinci dəfə Olimpiadada ədaləti qoruyacaq.
İlk dəfə “Tokio-2020”də debüt edən 43 yaşlı hakim bu dəfə Fransa paytaxtında güləş görüşlərini idarə edəcək.
Dünya Güləş Birliyi (UWW) ötən yarışlarda A. Şirəliyevin idarəçiliyini qiymətləndirərək ona məsul yarışda etimad göstərib.
Qeyd edək ki, ümumilikdə 39 güləş referisi qarşıdan gələn Olimpiadada kakimlik edəcək.
L.QURBANOVA
XQ