Macarıstanda qızıl və gümüş medal

post-img

Macarıstanda Eqer şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turniri Azərbaycan millisi 2 medalla başa vurub.

Baş məşqçi Elbrus Rzayevin komandasında Abbasqulu Şadlinski (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Arpad Jambora 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.

Tağı Nəsibov (60 kq) isə həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatdığından boksçumuz gümüş medala yiyələnib. 

L.QURBANOVA XQ

İdman