Şahdağda xizək alpinizmi üzrə Dünya kuboku

post-img

Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya kuboku yarışı keçiriləcək. 

Dünya Kubokunun 2025-ci il yanvarın 11-12-də “Şahdağ” Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dünya kubokunun təşkili ilə bağlı qərar bu il martın 9-10-da Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ Turizm Mərkəzi”nin birgə təşkilatçılığı ilə baş tutan Beynəlxalq Xizək Alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanmış uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib. 

L.QURBANOVA XQ

İdman