Bakıda dünya rekordu yenilənib

post-img

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə qaliblər müəyyənləşib.

Bu növ üzrə qızıl və gümüş medalları Koreyanı təmsil edən atletlər qazanıblar. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Yeji Kim, həmçinin 42 dəfə dəqiq atəş açmaqla bu növdə dünya rekordunu yeniləyib. Cin Yanq ikinci yerlə kifayətlənib. Almaniyalı Cozefin Eder isə bu turnirdə ardıcıl ikinci dəfə bürünc medal sevinci yaşayıb.

Qeyd edək ki, Dünya Kubokunda 80-dən çox ölkənin 400-dən artıq idmançısı mübarizə aparır. Yarış mayın 12-dək davam edəcək. 

L.QURBANOVA
XQ

İdman