Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşib

post-img

Amputant futbolçulardan ibarət millimizin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib. 

C qrupunda yer alan yığmamız ilk görüşünü iyunun 2-də İrlandiya komandası ilə keçirəcək. Bir gün sonra komandamız Türkiyə kollektivi ilə üz-üzə gələcək. Qrupdakı son oyun isə iyunun 4-də İsrail komandasına qarşı olacaq. 

Qeyd edək ki, qitə çempionatı Fransada iyunun 1-dən 8-dək keçiriləcək.

L.SABİRQIZI XQ

İdman