Bakı İdman Sarayında cüdo üzrə ənənəvi V “Raquf Orucov Kuboku” (“Raguf Orujov Cup”) komandalararası beynəlxalq turniri keçirilib.
Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Gürcüstan və Rusiyanın (fərdi neytral idmançılar) 20 yaşadək cüdoçularından (U-20) ibarət 13 komanda iştirak edib.
Turnirin finalında “Edelveys” (fərdi neytral idmançılar) və “Judo Club 2012” komandaları qarşılaşıblar. Azərbaycan cüdoçuları rəqibi məğlub edərək kubok və qızıl medallara sahib olublar. Bürünc medallara “Atilla” İdman Klubu (Azərbaycan) və Macarıstan komandaları layiq görülüblər.
L.SABİRQIZI XQ