Avropa kuboku: Cüdoçularımız birinci yeri tutublar

post-img

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışında 10 medal əldə ediblər. 

Turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan komandamız medal əyarına görə ümumi hesabda 1-ci yeri tutub.

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kuboku yarışında isə yığmamız 1 qızıl və 1 gümüş medala sahib olub. Millimiz bu nəticə ilə medal əyarına görə ümumi hesabda 7-ci yeri, qızlar arasında isə 3-cü yeri tutub. 

Leyla SABİRQIZI XQ

İdman