Güləşçilərimizdən uğurlu çıxış

post-img

Azərbaycanın üç güləşçisi Türkiyənin Antalya şəhərində keçirilən U-20 yaş qrupu üzrə “Çempionlar” turnirində fəxri kürsüyə qalxıb.

Belə ki, qadın güləşində Əsmər Cankurtaran (53 kiloqram) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Sərbəst güləşdə isə Ruslan Abdullayev (61 kiloqram) və Anar Cəfərli (92 kiloqram) 3-cü yeri tutublar.   

Leyla SABİRQIZI
XQ

İdman