Karateçimiz Türkiyədə ikinci olub

post-img

Azərbaycan karateçisi Turqut Həsənov Türkiyənin Antalya şəhərində keçirilən Premyer Liqa yarışında bürünc medal qazanıb.

84 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma üzvü kumite proqramında buna nail olub.

Qeyd edək ki, Azərbaycan turnirdə 8 idmançı ilə təmsil olunub. Milli komanda yarışa məşqçilər Şahin Xudaverdiyev və Şahin Atamovun rəhbərliyi ilə yollanıblar. 

Leyla SABİRQIZI
XQ

İdman