Güləşçilərimiz Qazaxıstanda 10 medal qazanıblar

post-img

Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında keçirilən Jaksılık Uşkempirov turnirini yığmamız 3 qızıl, 2 gümüş, 5 bürünc medalla başa vurub. 

Fəraim Mustafayevlə (67 kq), Ruslan Nurullayev (72 kq) Davud Məmmədov (77 kq) çempion olublar. İsmayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq) gümüş, Hüseyn Savadov (55 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkgül Həziyev (67 kq), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medal əldə ediblər. 

Leyla SABİRQIZI XQ

 

İdman