Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıb.
43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda təmsilçimiz 109 kq çəki dərəcəsində qüvvəsi-ni sınayıb. Soydaşımız birdən qaldırma hərəkətində 176 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub. Atletimiz təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb. Toplam 388 kq (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempiona-tında Əfqan Bayramov imza atmışdı.
XQ