Bədii gimnastlarımız 10 medal qazanıblar

post-img

Azərbaycanın bədii gimnastları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Queen Cup” beynəlxalq turnirində 10 medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından mətbuata verilən məlumata görə, “Ocaq Sport” klubunun təmsilçilərindən yeddisi qızıl, biri gü­müş, ikisi isə bürünc mükafata sahib çıxıblar.

Neslihan Əkbərli alətsiz, Alsu Abdullayeva alətsiz və gürzlərlə, Nilüfər Qasımova alətsiz və lentlə, Nuray Məmmədova topla hərəkətlərdə fəx­ri kürsünün ən yüksək pilləsinə qalxıblar. İnara Abıyeva gürzlərlə hərəkətlərdə qızıl, alətsiz çıxış­da bürünc, Aylin Yusifli isə gürzlərlə hərəkətlərdə gümüş, topla hərəkətlərin icrasında bürünc me­dallara layiq görülüblər.

XQ



İdman