Cüdoçularımız beynəlxalq seminara hazırlaşırlar

post-img

Azərbaycan cüdo ailəsinin üzvləri Beynəlxalq Cüdo Federasiyası (IJF) tərəfindən təşkil olunacaq hakimlər və məşqçilər üçün keçiriləcək seminarda iştirak edəcək. 

Azərbaycan Cüdo Federasiyasından “XQ”yə bildiriblər ki, yanvarın 20-21-də Macarıstanda keçirilməsi planlaşdırılan bu tədbirin gündəliyində hakimlərin və məşqçilərin bacarıqların təkmilləşdirilməsi, qaydalarda olan yeniliklərin müzakirəsi, əvvəlki illərdə baş vermiş mübahisəli halların təhlili durur. Bundan əlavə, seminar cüdo ictimaiyyəti arasında vahid yanaşmanın formalaşdırılması üçün platforma rolunu oynayacaq.

Seminarda Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, "A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Nazim Umbayev, Fariz Hüseynov və Akif Tahirov, veteran idmançı Rüstəm Orucov iştirak edəcəklər.

İdman