Batma təhlükəsi ilə üzləşən qayıqda olan şəxslər xilas edilib

post-img

Yanvarın 16-da saat 16:50-də Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən sahildən 6 mil məsafədə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Xidmətin mətbuat mərkəzindən XQ-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib.

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 18:45-də dənizdə köməksiz vəziyyətdə qalmış Astara rayonunun Şahağacı kənd sakinləri sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıb.

Son xəbərlər