Ronaldo anasına doğum günü üçün Porsche hədiyyə edib

post-img

“Əl-Nasr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo sosial şəbəkələrdə anasına doğum günündə hədiyyə təqdim etmə prosesini əks etdirən video yayımlayıb.

38 yaşlı forvard ötən həftə sonu anasının yaşadığı Madeyra adasına uçaraq ona "Porsche" markalı avtomobil hədiyyə edib.

Bu mövsüm Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 18 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Ronaldo beşqat “Qızıl top”un sahibidir. Karyerası ərzində o, "Real Madrid"də oynayıb, klub tarixinin bombardiri olub, həmçinin "Mançester Yunayted", Turində "Yuventus" və "Sportinq Lissabon"da çıxış edib.

2023-cü ilin son oyununda “Əl-Nasr” Səudiyyə Ərəbistanı çempionatında “Əl-Taavon”a qalib gəlib. “Əl-Nəsr” 4:1 hesabı ilə qalib gəlib, Ronaldo da qol vurub.

Ronaldo 2023-cü ildə 54 qol vurub və bu, ona ilin bombardiri olmağa imkan verib. Ondan sonra hərəyə 52 qol vuran Kilian Mbappe və Harri Keyn gəlir.

S.ELAY

XQ


İdman