Uşu ustalarımızın 9 Avropa mükafatı

post-img

Azərbaycanın uşu kunq-fu komandası Avropa çempionatında uğurla çıxış edib.

Türkiyənin İstanbul şəhərində keçirilən yarış­da yığmamız 2-si qızıl, 3-ü gümüş, 4-ü isə bü­rünc olmaqla 9 medal qazanıb. Kişilər arasında komandamızın üzvlərindən Elçin Eminov bütün rəqiblərini məğlub edərək qalib adını qazanıb. Bununla da o, altıqat Avropa çempionu olub. Komandamızın aktivinə digər qızıl medalı bütün rəqiblərinə qalib gələn Həmzə Rəsulzadə yazdı­rıb. Yabir Şıxəliyev isə bürünc medal alıb. 

Gənclər arasında light sanda üzrə Hüseyn Qəmbərov, Elçin Quliyev gümüş, Şəfa Məm­mədli bürünc, sanda üzrə Kişi Şükürov gümüş, Elçin Muradov, Nurlan Zeynalzadə bürünc me­dallar qazanıblar. 

Leyla SABİRQIZI 
XQ

İdman