Gimnastlarımız 7 medal qazanıblar

post-img

Bədii gimnastlarımız Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən “Winter Stars” beynəlxalq turnirində uğurla çıxış edərək 7 medal qazanıblar. 

Ölkəmizi “Ocaq Sport” klubunu təmsil edən idmançılardan 6-sı qızıl medala layiq görülüb, biri isə ikinci yeri tutub. Belə ki, Nilay Quliye­va, Alsu Abdullayeva və Röya Alıkişiyeva topla hərəkətlərin icrasında hakimlərdən ən yüksək xalı alıblar. Evelin Yoşpa və Maya Kozaçuk halqa ilə hərəkətlərdə qızıl medala yiyələniblər. Gürzlə hərəkətlərdə isə Maya Kozaçuk bütün rəqiblərini qabaqlayıb, Röya Alıkişiyeva gümüş mükafata sahib olub. 

Leyla SABİRQIZI 
XQ

İdman