Azərbaycan Kubokuna start verilib

post-img

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunun açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yarış iştirakçılarına uğurlar arzu­layıb. 

Azərbaycan Kubokuna bu gün yekun vurula­caq. Yarışda şəhər və rayonların, idman cəmiy­yətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə nor­malarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet qüvvəsini sınayır.

Turnir, həmçinin “Paris-2024” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Avropa çem­pionatında iştirak edəcək heyətin tərkibinin müəy­yənləşdirilməsi xarakteri daşıyır.

Leyla SABİRQIZI
XQ

İdman